...

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər müəyyən edilib (FOTO)

Hadisə Materials 25 İyun 2025 16:08 (UTC +04:00)
Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər müəyyən edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki “BMW” markalı avtomobilin sürücüləri saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti