...

ABŞ-nin İsraildəki səfirliyi fəaliyyətini bərpa edib

Dünya xəbərləri Materials 25 İyun 2025 09:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İsraildəki səfirliyi iyunun 25-dən etibarən fəaliyyətini bərpa edib.

Trend xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi “X” səhifəsində deyilir.

“İsraillə İran arasında atəşkəslə əlaqədar, Daxili Cəbhə Komandanlığı bütün məhdudiyyətləri ləğv edib və ABŞ səfirliyi iyunun 25-də, çərşənbə günü adi rejimdə öz fəaliyyətini bərpa edib”, - məlumatda bildirilir.

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi də öz sosial şəbəkə hesabında səfirliyin açıldığını diqqətə çatdıraraq, normal fəaliyyətə qayıtmalarına şad olduqlarını vurğulayıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti