Bakı.Trend:
İsrail ABŞ-nin zərbələrindən sonra bu həftənin əvvəli İranın Fordo nüvə obyektinə agentlərini göndərib.
Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Haaqada NATO sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
“Özünüz bilirsiniz, onların adamları var, zərbədən sonra oraya gediblər və onlar bildirirlər ki, obyekt tamamilə yer üzündən silinib. Mən bildiyim qədərilə, İsrail hazırda onunla bağlı hesabat hazırlayır, mənə dedilər ki, onlar (obyektin) tam yer üzündən silindiyini deyir. Mən ona inanıram ki, iranlıların oradan bir şey çıxarmağa şansı olmayıb, çünki biz çox çevik hərəkət etmişik”, - deyə Tramp bildirib.