Bakı. Trend:
2025-ci ilin may ayının yekunlarına görə, “Renault Clio” hetçbeki Avropa maşın bazarında satışların lideri olub.
Trend xəbər verir ki, bu barədə “Avtostat” JATO Dynamics tədqiqat şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Bahar mövsümünün sonunda Avropada “Renault Clio” modelinin satışları 21 163 ədədə çatıb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 12% çoxdur.
İkinci yeri satışları 3% artaraq, 19 948 ədədə çatan “Dacia Sandero” hetçbeki tutub.
“Üçüncü pillədə isə 18 420 ədəd satılan (-10%) “Volkswagen T-Roc” krossoveri qərarlaşıb”, — deyə agentlik bildirir.