...

Ağdərədə 32 il sonra ilk dəfə körpə doğulub

Cəmiyyət Materials 25 İyun 2025 16:04 (UTC +04:00)
Ağdərədə 32 il sonra ilk dəfə körpə doğulub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Ağdərə rayonunda 32 il sonra ilk dəfə körpə doğulub.

Bu barədə Trend-in yerli müxbirinin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdərə rayonu ərazisindən 22.06.2025-ci il tarixində saat 14:30 radələrində doğuş prosesinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən 36 həftəlik hamilə olan şəxsin vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub. Hadisə yerində dölün boynuna göbək ciyəsinin dolandığı müşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindən təhlükəsiz şəkildə azad edilib. Hadisə yerində körpənin dərisinin rəngi gömgöy olub, spontan tənəffüs müşahidə edilməyib. Neonatal reanimasiya tədbirləri çərçivəsində ürək masajı aparılıb və tənəffüs bərpa edilib. Daha sonra doğuş prosesi təcili tibbi yardım avtomobilində briqadanın nəzarəti altında davam etdirilib.

Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (qız) müvafiq tibb müəssisəsinə təxliyə olunub.

Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib".

"Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, 700qr., boyu 49 sm. olan körpənin müalicəsi davam etdirilir. Körpənin də vəziyyəti qənaətbəxşdir", qurumdan qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti