...

Yardımlı rayonuna yeni prokuror təyin edilib

Cəmiyyət Materials 25 İyun 2025 15:36 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorun əmrilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Fəxri Məmmədov Yardımlı rayon prokuroru vəzifəsinə təyin edilib.

Trend xəbər verir ki, 2010-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Fəxri Məmmədov əvvəllər Gəncə şəhər prokurorunun köməkçisi, Abşeron rayon prokurorluğunun müstəntiqi və prokurorun böyük köməkçisi vəzifələrində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti