Bakı. Trend:
Artıq 4 əsrdir ki Qvadelup müstəmləkəçi ölkə tərəfindən işğal olunub. Fransa bizim torpaqlarımızın işğal altında qalmasında əsas rol oynayıb.
Trend xəbər verir ki, bunu Qvadelupun Dekolonizasiyası üzrə Beynəlxalq Cəbhənin katibi Joze Marten Jan-Pyer “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Qvadelup adalarında çox qan tökülüb:
“Bu müharibələrdə bizim nümayəndələrimiz cəsarətlə döyüşüblər. Xalqımızın sərvətləri əllərindən alınıb.
Bu torpaqların istismarı üçün müxtəlif cəhdlər olub. Bəziləri bizim torpaqların iqliminə dözmürdülər. Qadınlar, uşaqlardan vasitə, alət kimi istifadə edirdilər. Bu, beynəlxalq terrorizm fəaliyyəti bir neçə əsr davam etdi.
Müxtəlif xalqlar birlikdə mübarizə aparırdılar. Müstəmləkəçilik Qərbin dominantlığını artırdı, afrikalılar deportasiya edildilər”.
J.M.Jan-Pyer sonda dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib.