...

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası bu tarixdə keçiriləcək

Siyasət Materials 25 İyun 2025 10:13 (UTC +04:00)
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası bu tarixdə keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, sessiyanın sonuncu iclası iyulun 8-də baş tutacaq.

Məlumat üçün bildirək ki, parlamentin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.

Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti