Bakı. Trend:
ABŞ, İranla mümkün nüvə razılaşması çərçivəsində Tehranın uranı zənginləşdirməsinə razılıq vermək fikrində deyil.
Trend xəbər verir ki, bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, İranla danışıqlar masasına əyləşib, hərtərəfli sülh sazişinə nail olmağın vaxtı çatıb. Mən tam əminəm ki, biz buna nail olacağıq”, – deyə Uitkoff qeyd edib.
Eyni zamanda, o, ABŞ-ın mümkün razılaşma çərçivəsində İrana uranı zənginləşdirməyə icazə verib-verməyəcəyi ilə bağlı suala qəti şəkildə “xeyr” cavabı verib: “Onların uranı zənginləşdirməsinə ehtiyac yoxdur”, – deyə o bildirib.
