...

Ermənistanda "Müqəddəs mübarizə" hərəkatı hakimiyyəti ələ keçirmək cəhdində ittiham olunur

Dünya xəbərləri Materials 25 İyun 2025 10:28 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan İstintaq Komitəsi “Müqəddəs Mübarizə” hərəkatını terror aktı hazırlamaqda ittiham edib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Komitənin açıqlamasına əsasən, “Müqəddəs Mübarizə” adlı hərəkatın üzvləri və liderləri Ermənistan Respublikasında terror aktları həyata keçirməyi və hakimiyyəti ələ keçirməyi planlaşdırıblar.

Məlumata görə, hərəkatın təşəbbüskarı və rəhbəri olan V.G., bir neçə ay ərzində Ermənistan Respublikasında hakimiyyətin ələ keçirilməsi məqsədinə ölkə Konstitusiyası ilə icazə verilən yollarla nail ola bilmədiyindən, 2024-cü ilin noyabr ayından etibarən Ermənistan Respublikasının Konstitusiyasına zidd yolla buna nail olmağı qarşısına məqsəd qoyub.

Xatırladaq ki, bundan bir gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan ölkədə uğursuz dövlət çevrilişi cəhdinin olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti