Bakı. Trend:
Azərbaycan və İtaliya energetika sahəsində əməkdaşlığı genişləndirir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev İtaliya Respublikasının yaranmasının 79-cu ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində çıxışı zamanı deyib.
Nazir çıxışında Azərbaycan-İtaliya münasibətlərinin energetika sahəsindəki əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən birgə layihələr sayəsində iki ölkə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Onun sözlərinə görə, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, Azərbaycan isə İtaliyanın əsas enerji resursları təchizatçısıdır.
“Energetika sahəsində, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığımız Avropada enerji sabitliyinin təmin olunmasında mühüm rol oynayır”, – deyə Emin Əmrullayev qeyd edib.