...

Tramp İsraili dərhal hava zərbələrini dayandırmağa çağırıb

Dünya xəbərləri Materials 24 İyun 2025 15:24 (UTC +04:00)
Tramp İsraili dərhal hava zərbələrini dayandırmağa çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İsraili İrana zərbələr endirməməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkə hesabında yazıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir gedişat elan olunmuş atəşkəs rejiminin ciddi şəkildə pozulmasına bərabər olacaq.

“İsrail! O bombaları atmayın. Bunu etsəniz, bu ciddi pozuntu olacaq. Öz pilotlarınızı dərhal geri qaytarın!”, -deyə o qeyd edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti