...

İranın Hüquq Mühafizə Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini öldürülüb

Dünya xəbərləri Materials 24 İyun 2025 17:03 (UTC +04:00)

Bakı. Trend:

İsrailin İrana hücumunda Hüquq-Mühafizə Qüvvələrinin Kəşfiyyat İdarəsinin rəis müavini general Əlirza Lotfi öldürülüb.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, hadisə ötən gün İsrailin Tehranda bir neçə məkanı bombalaması nəticəsində baş verib.

Qeyd edək ki, general Lotfi uzun müddət Tehran şəhər Kriminal Polisinin rəisi kimi çalışıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti