...

Peşəkar Futbol Liqasının rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

İdman Materials 24 İyun 2025 12:36 (UTC +04:00)
Peşəkar Futbol Liqasının rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Trend xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

O, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) - “Rabotniçki” (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti