...

Azərbaycanda 20 qurum SİMA KYC texnologiyasından istifadə edir

İqtisadiyyat Materials 24 İyun 2025 12:36 (UTC +04:00)
Azərbaycanda 20 qurum SİMA KYC texnologiyasından istifadə edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 20 qurum SİMA KYC (Know Your Customer) texnologiyasından istifadə edir.

Trend xəbər verir ki, bunu AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.

O, tədbirdə çıxış edərək maliyyə sektoru üçün yeni xidmət olan SİMA KYC barədə danışıb:

“Banklar və digər maliyyə qurumları SİMA KYC sayəsində vətəndaşların şəxsiyyətini real vaxt rejimində yüksək dəqiqlik və etibarlılıqla təsdiqləyə bilirlər.

Ölkəmizdə təxminən 20 qurum artıq bu texnologiyadan istifadə edir. Bu məhsul banklar və digər maliyyə qurumları üçün şəffaf və təhlükəsiz identifikasiya imkanı formalaşdırır. SİMA KYC Mərkəzi Bankın “Məsafədən bank hesabının açılması” tələblərinə tam uyğundur. Məhsulu inteqrasiya edən qurumlar bu vasitə ilə ikifaktorlu autentifikasiya imkanına sahib olurlar. Vətəndaşlar isə istənilən yerdən, istənilən vaxt mobil cihaz və ya kompüter vasitəsilə bank hesabı aça və digər əməliyyatları yerinə yetirə bilirlər.

Qeyd edim ki, biz artıq bu məhsulu dövlət sektorunda da tətbiq edirik. Elə bu günlərdə keçirilən müəllimlərin sertifikasiya imtahanı zamanı SİMA KYC-dən istifadə olunub. Belə ki, başqasının əvəzinə imtahana girmə hallarının qarşısını almaq məqsədilə iştirakçıların kimliyi məhz SİMA texnologiyası ilə anında təsbit edilib”.

Xəbər lenti

Xəbər lenti