...

Xaçmazda Vətən müharibəsinin şəhidi Elşən Ağasiyevin qardaşının toy məclisi keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2025 21:26 (UTC +04:00)
Xaçmazda Vətən müharibəsinin şəhidi Elşən Ağasiyevin qardaşının toy məclisi keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmazda Vətən müharibəsinin şəhidi Elşən Ağasiyevin qardaşı Sənan Ağasiyevin toy məclisi keçirilib.

Trend xəbər verir ki, məclisdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ailəni səmimi qəlbdən təbrik edib, gənclərə möhkəm təməl üzərində qurulmuş xoşbəxt və uzunömürlü ailə həyatı arzulayıb.

Elnur Rzayev şəhid Elşən Ağasiyevin əziz xatirəsini ehtiramla yad edərək, onun timsalında şəhidlərimizin göstərdiyi qəhrəmanlığın xalqımızın qürur mənbəyi, onların ailələrinə göstərilən diqqət və qayğının isə dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Şəhid atası Ağabala Ağasiyev göstərilən diqqət və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Toy məclisi milli adət -ənənələrimizə uyğun olaraq şən mahnı və rəqslərlə davam edib.

Xəbər lenti

Xəbər lenti