Bakı. Trend:
Braziliyanın “Santos” klubu tanınmış braziliyakı hücumçu Neymarla yeni müqavilənin imzalandığını elan edib.
Trend xəbər verir ki, bu barədə informasiya klubun “X” hesabında yayılıb.
33 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin sonuna qədər qüvvədədir və müddətin başa çatmasından sonra müqavilənin müddətinin uzadılması mümkündür.
Xatırladaq ki, yanvarın 28-də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Neymarla müqaviləyə xitam verib. Bunun ardınca braziliyalı forvard vətəninə qayıdaraq yetirməsi olduğu “Santos” klubu ilə müqavilə bağlamışdı. Həmin vaxtdan bəri Neymar 12 oyunda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə yerinə yetirib.