...

Həm İran, həm də İsraildən narazıyam - Tramp

Dünya xəbərləri Materials 24 İyun 2025 15:10 (UTC +04:00)
Həm İran, həm də İsraildən narazıyam - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran daha heç vaxt öz nüvə proqramını bərpa edə bilməyəcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“İranın nüvə potensialı tükənib”, - deyə Ağ Ev rəhbəri Haaqada keçiriləcək NATO sammiti ərəfəsində jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

ABŞ prezidenti həmçinin, İsrail-İran arasında razılaşdırılmış atəşkəs rejiminin qısa zamanda pozulmasına münasibət bildirib. O, hər iki ölkəni atəşkəsi pozmaqda ittiham edib və ölkələrin ələlxüsus da İsrailin bu məsələdə addımlarından narazı olduğunu vurğulayıb.

“Həm İsrail, həm də İran atəşkəsi pozublar. Hər iki ölkədən, xüsusilə də İsraildən narazıyam”,- deyə amerikalı lider deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti