...

Azərbaycanda elektron ticarətin böyük potensialı var - Yevgeniy Lisynak

İqtisadiyyat Materials 24 İyun 2025 16:00 (UTC +04:00)
Azərbaycanda elektron ticarətin böyük potensialı var - Yevgeniy Lisynak
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Elektron ticarətin effektiv inkişafı üçün infrastrukturun inkişafına ehtiyac var.

Trend xəbər verir ki, bunu “Visa” böyük direktoru və Ukrayna, MDB və Cənub-Şərqi Avropada strateji tərəfdaşlıqlar, finteks və vençur layihələr üzrə bölmənin rəhbəri Yevgeniy Lisnyak Bakıda keçirilən FINTEX SUMMIT 2025 maliyyə və texnologiyalar sərgisində deyib.

“İnfrastruktur deyəndə iki əsas məsələni nəzərdə tuturam: birincisi internetə çıxış, ikincisi isə logistika. Məsələn, əgər bir ölkədə sürətli çatdırmanı təmin edən infrastruktur qurulubsa, bu, müştərinin əsas “ağrılı nöqtələrindən” birini həll etməyə imkan verir. Oflayn və onlayn alış-veriş arasındakı əsas fərq nədədir? İndi belə, onlayn sifariş versəm də, gözləməli oluram. Oflaynda isə məhsulu dərhal əldə edirəm. Məhz bu sahədə ölkənin inkişaf etməsi vacibdir”, – deyə Lisnyak bildirib.

Onun sözlərinə görə, Bakıda bu sahədə hər şey qaydasındadır – infrastruktur həqiqətən də yaxşıdır. Lakin kənd rayonları hələ də internet və logistika baxımından kifayət qədər əhatə olunmayıb.

“Hansı şirkət sürətli çatdırma və rahat istifadəçi təcrübəsi təmin edə biləcəksə, şübhəsiz ki, rəqabətdə üstün olacaq”,- deyə o vurğulayıb.

Lisnyakın sözlərinə görə, Azərbaycanda elektron ticarət hələ kifayət qədər inkişaf etməyib, lakin bu sahədə böyük inkişaf potensialı mövcuddur.

“Rəqəmsal savadlı əhali var, xidmətin keyfiyyətinə dair istehlakçı gözləntiləri yüksəkdir. Lakin hazırda iqtisadiyyatda nağd pulun payı yüksək olaraq qalır və onlayn xidmətlərə inam səviyyəsi aşağıdır”, – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti