Bakı. Trend:
İranla atəşkəs rejiminin pozulmasından sonra İsrail hava məkanında yenidən uçuş qadağası tətbiq olunub.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
xxx
10:00
ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında atəşkəs rejiminin qüvvəyə mindiyini elan etməsi fonunda İsrail ölkənin hava məkanında tətbiq olunan uçuş qadağasını ləğv edib.
Trend bu barədə İsrailin Hava Limanlarının Fəaliyyətinə Nəzarət İdarəsinə istinadən xəbər verir.
Bundan bir müddət əvvəl İrandan sayca altıncı ballistik raket hücumu dalğası ilə əlaqədar İsrailin hava məkanı bütün uçuşlar üçün bağlanmışdı.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-d ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.