...

Tehranın “Evin” həbsxanasına hücumda ölən və yaralananların sayı bəlli deyil

Dünya xəbərləri Materials 24 İyun 2025 10:49 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün İsrailin Tehranda “Evin” həbsxanasına hərbi hava hücumu nəticəsində ölən və yaralananların sayı hələlik dəqiqləşməyib.

Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən gün İsrailin “Evin” həbsxanasına hücum etdiyi vaxt məhbusların ailələri ilə görüş zamanına təsadüf edib.

Cahangir deyib ki, hücumda bir qrup həbsxana məmuru və həbsxanaya müraciət edən vətəndaş ölüb və yaralanıb.

Qeyd edək ki, ötən gün günorta saatlarında Tehranın “Evin” həbsxanasının bir hissəsi, əsasən inzibati binası İsrail tərəfindən vurulub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti