...

Avtomobilə uyğun ehtiyat hissəsi necə tapılır?

Cəmiyyət Materials 24 İyun 2025 10:08 (UTC +04:00)
Avtomobilə uyğun ehtiyat hissəsi necə tapılır?

Bakı. Trend:

Nə qədər ehtiyatlı sürücü olsanız da, avtomobil sahibi olan hər kəs zaman-zaman ehtiyat hissəsi axtarışı ilə üz-üzə qalır. Çünki vaxt keçdikcə avtomobilin detallarında nasazlıqların yaranır və bu çox normaldır. Əsas olan belə hallarda düzgün ehtiyat hissəsi tapmaqdır. Bəzən eyni markalı avtomobillərin belə fərqli modellərində müxtəlif detallar istifadə olunur. Bu səbəbdən avtomobilə tam uyğun ehtiyat hissəsini tapmaq üçün diqqət və dəqiqlik vacibdir.

Əvvəlcə onu deyək ki, ehtiyat hissəsələri doğru seçmək təkcə avtomobilin texniki işləməsini deyil, həm də sizin təhlükəsizliyinizə birbaşa təsir edir. Səhv ehtiyat hissəsi seçimi, istər mexaniki uyğunluq, istərsə də funksional problem yarada bilər. Bəs bu problemi necə minimuma endirmək olar?

İlk addım avtomobilin texniki məlumatlarını dəqiq bilməkdir. Burada avtomobilin markası və modelini əzbər bilmək təəssüf ki, kifayət deyil. Buraxılış ili, mühərrikin həcmi, yanacaq növü, kuzov tipi və ən əsası şassi nömrəsi – yəni VIN kod düzgün ehtiyat hissəsi tapmaqda əsas rol oynayır. VIN kod avtomobilin şəxsiyyət vəsiqəsi kimidir. Bu kod vasitəsilə siz avtomobilin istehsal tarixi, hansı bazar üçün buraxıldığı və texniki xüsusiyyətləri barədə dəqiq məlumat əldə edə bilərsiniz.

Bəzi ehtiyat hissələri elə olur ki, fərqli mühərrik növləri üçün fərqli versiyalarda hazırlanır. Bu kimi hissələr avtomobilin versiyasına görə dəyişə bilər. Ona görə də “bu maşının modelinə uyğundur” demək bəzən kifayət etmir. Sürücülərin burda etdiyi ən böyük səhv, internetdə sadəcə model adını yazaraq ehtiyat hissə araşdırması və sifariş etmək olur. Bu, uyğunluq probleminə yol açır.

Əgər ehtiyat hissəsini onlayn platformalardan almağı düşünürsünüzsə, o zaman diqqətli olmaq lazımdır. Saytda qeyd olunan məhsul kodunu avtomobil istehsalçısının rəsmi kataloqu ilə tutuşdurmaq çox vacibdir. Əlavə olaraq, alıcı rəyləri, zəmanət şərtləri və geri qaytarma imkanları da nəzərdən keçirilməlidir. Hər-halda eyni məhsulu istifadə etmiş müştərilər daha yaxşı fikir bildirə bilərlər. Bu da sizin alış qərarınıza bilavasitə təsir edəcək.

Digər bir mənbə isə usta məsləhətidir. Əgər texniki bilikləriniz azdırsa və özünüz əmin deyilsinizsə, maşın ustanızdan kömək istəyə bilərsiniz. Çünki o, avtomobilin real vəziyyətinə bələd olduğu üçün sizə düzgün hissə tövsiyə edə bilər.

Yekun olaraq demək olar ki, avtomobilə uyğun ehtiyat hissəsi tapmaq diqqət, dəqiqlik tələb edən bir prosesdir. Bu prosesin əsas vacib məqamlarından biri də avtomobilin dərdinə dərman olacaq hissəni etibarlı mənbədən almaqdır.

Solo Avto sizə avtomobilinizin ehtiyac duyduğu bütün hissələri təhlükəsiz və zəmanətli şəkildə təqdim edir. Burada siz Nissan, Infiniti, Toyota, Lexus, Mitsubishi, Hyundai, Kia, BMW, Mercedes, Opel, Chevrolet, Land Rover avtomobilləri üçün ehtiyat hissələrini həm filiallara yaxınlaşaraq (Elit filialı - Əcəmi Naxçıvani 169, Çobanzadə filialı - Bəkir Çobanzadə 21, Sumqayıt şəhəri, Çerkassi küçəsi 477.) əldə edə, həm də www.soloavto.az saytı vasitəsilə online şəkildə sifariş edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti