...

İsrail atəşkəsə razılaşdığını elan edib

Dünya xəbərləri Materials 24 İyun 2025 10:28 (UTC +04:00)
İsrail atəşkəsə razılaşdığını elan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hökuməti Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi bəyanat yayıb.

Baş nazirlik İranla ikitərəfli atəşkəslə bağlı ABŞ-nin təklifini qəbul etdiyini təsdiqləyib, lakin atəşkəsin pozulacağı təqdirdə “qətiyyətlə cavab veriləcəyini” bildirib.

Baş nazirin ofisindən yayılan açıqlamada qeyd olunur ki, baş nazir kabinet üzvləri, müdafiə naziri, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi və MOSSAD rəhbəri ilə görüşərək, “İsrailin "Qalxan Şir" əməliyyatı çərçivəsində bütün hədəflərinə və daha artığına nail olduğunu” bildirib.

“İsrail həm nüvə, həm də ballistik raket sahələrindəki ikiqat və dərhal mövcud olan təhdidi aradan qaldırıb”, – açıqlamada vurğulanır.

“İsrail müdafiə sahəsində verdiyi dəstəyə və İranın nüvə təhdidinin aradan qaldırılmasında iştirakına görə Prezident Trampa və Birləşmiş Ştatlara təşəkkür edir”, – deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-d ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti