Bakı. Trend:
Tədqiqat bizim ən axsayan yerimizdir.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
O bildirib ki, ən önəmli məsələ tədqiqat məsələsidir.
"Biz hələ də tədqiqatda çox geri qalırıq"- deyə o əlavə edib.