...

İran nüvə proqramını davam etdirmək niyyətindədir

Dünya xəbərləri Materials 25 İyun 2025 02:29 (UTC +04:00)
İran nüvə proqramını davam etdirmək niyyətindədir

Bakı. Trend:

İran, İsraillə müharibədən sonra belə, nüvə proqramını davam etdirmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazirin sözlərinə görə, İsraillə 12 gün davam edən müharibədən sonra Tehran bu məsələdə daha da qətiyyətli olub.

“Biz bu texnologiyalara böyük sərmayə yatırmışıq. Alimlərimiz həyatını itirib, xalqımız sanksiyalara məruz qalıb, bizə qarşı müharibə başlanıb. İranda heç kim bu proqramdan imtina etməyəcək. Bu fəaliyyətlər həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında aparılıb”, – deyə Əraqçi vurğulayıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib. İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Xəbər lenti

Xəbər lenti