...

Dövlət radiosu hər səhər Fransa himnini səsləndirərək xalqın şüurunu dəyişirdi - Qvadeluplu jurnalist

Gündəm Materials 25 İyun 2025 09:59 (UTC +04:00)
Dövlət radiosu hər səhər Fransa himnini səsləndirərək xalqın şüurunu dəyişirdi - Qvadeluplu jurnalist
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qvadelupda mətbuat azad deyil. 1940-cı illərdə də jurnalistlərimiz digərlərinin təsiri altında idi.

Trend xəbər verir ki, bunu “ZCL News”un jurnalisti və prodüseri Danik Zandronis “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq konfransının “Müstəmləkəçilik tarixi və yaddaşı” panelində çıxışı zamanı deyib.

O, Qvadelupun mətbuat tarixindən bəhs edib, nəşr olunan qəzet və jurnallardan söz açıb.

“60-cı illərədək dövlət radiosi hər səhər Fransa himnini səsləndirirdi. Onlar mental olaraq xalqın düşüncəsini dəyişmək istəyirdilər. Radiolarda ancaq Fransa musiqisi səsləndirilirdi, öz mədəniyyətimiz gözardı edilirdi

60-cı illərdən sonra “müxalif” qəzetlər formalaşdı, lakin onlar o qədər də müstəmləkə haqqında danışmırdılar.

Fransa müstəmləkəçiliyində olan ölkələr 90-cı illərədək yalnız hökümət üçün çalışırdılar. Şüur da belə formalaşırdı”, - deyə Danik Zandronis qeyd edib.

Xəbər lenti

Xəbər lenti