...

Azərbaycan və Əlcəzair arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi imkanları dəyərləndirilib

İqtisadiyyat Materials 24 İyun 2025 16:16 (UTC +04:00)
Azərbaycan və Əlcəzair arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi imkanları dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Əlcəzair arasında ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə Trend İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Belə ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Əlcəzairin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğıl ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Səfir Zəkiyyə İğıl isə Əlcəzairin müvafiq qurumlarının fəaliyyəti və ölkəsinin iqtisadi prioritetləri haqqında danışıb. Qeyd olunub ki, hər iki ölkənin iqtisadiyyatında enerji sektoru əsas rol oynasa da, hazırda Azərbaycan və Əlcəzair enerji resurslarının şaxələndirilməsinə və bərpa olunan enerji sahəsinin inkişafına xüsusi önəm verir.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətdə bir sıra təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti