...

Bugünkü imtahanda iştirak edən müəllimlərin sayı məlum olub

Gündəm Materials 24 İyun 2025 20:49 (UTC +04:00)
Bugünkü imtahanda iştirak edən müəllimlərin sayı məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

Trend bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, iyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin 4-cü günü yekunlaşıb.

Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5945 nəfər müəllim iştirak edib, 97% davamiyyət qeydə alınıb.

Nəzərinizə çatdırırıq ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 25 iyun saat 12:00-dan etibarən başlanılacaq.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti