Bakı. Trend:
Niderland hökuməti Ukraynaya yeni – 175 milyon avroluq hərbi yardım paketi ayıracaq.
Trend xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri vəzifələrini icra edən Ruben Brekelmans açıqlama verib.
“Mən Ukraynaya yeni 175 milyon avroluq yardım paketi barədə elan edəcəyəm.
Paketə radiolokasiya sistemləri və dronlar daxil ediləcək”, - deyə o “X” "səhifəsində yazıb