Bakı. Trend:
İran-İsrail arasında atəşkəsin pozulması fonunda ABŞ prezidenti Donald Trampla İsrail baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, telefon söhbətində amerikalı dövlət başçısı İsrailin İrana yeni zərbələr endirmək planını pisləyərək, bununla bağlı qəzəbini ifadə edib.
Bundan əvvəl Ağ Ev rəhbəri NATO sammitinə yollanmazdan öncə jurnalistlərə açıqlamasında İsrail hökumətini İranı bombalamamağa çağırmışdı.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.