...

İran körfəzindəki gərginlik fonunda Qazaxıstan Dubay və Dohaya aviareysləri təxirə salıb

Dünya xəbərləri Materials 24 İyun 2025 13:01 (UTC +04:00)
İran körfəzindəki gərginlik fonunda Qazaxıstan Dubay və Dohaya aviareysləri təxirə salıb
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan aviaşirkətləri Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda Dubay və Dohaya uçuşları müvəqqəti olaraq dayandırıblar.

Trend bu barədə Qazaxıstanın Aviasiya Administrasiyasına isitinadən xəbər verir.

Qərar regionda bir neçə ölkədə, o cümlədən, İsrail, İran, İraq, İordaniya, Livan, Küveyt, Bəhreyn və BƏƏ-də hava məkanının bağlanması və ya uçuşların məhdudlaşdırılması ilə əlaqədar qəbul edilib. Əsas təhlükələr silah tətbiqi ehtimalı, naviqasiya pozuntuları və hava hücumundan müdafiə sistemlərinin fəallığı ilə bağlıdır ki, bu da mülki aviasiya üçün uçuşları təhlükəli edir.

“Reyslərin ləğvi məcburi xarakter daşıyır və beynəlxalq təcrübəyə uyğundur. Əsas prioritet sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyidir”, – deyə Aviasiya Administrasiyasından bildirilib.

Qurumun məlumatına görə, bu dəyişikliklər 1 051-i gələn, 683-ü isə gedən reyslər üzrə olmaqla ümumilikdə 1 734 sərnişinə təsir edib. Bütün sərnişinlərə isti yeməklə təminat, mehmanxana yerləşməsi, transfer xidməti, həmçinin biletlərin pulsuz dəyişdirilməsi və ya tam şəkildə qaytarılması imkanı təqdim olunub.

Air France-KLM, United, American Airlines və Japan Airlines kimi beynəlxalq daşıyıcılar da regiona uçuşları ləğv ediblər. Qatar Airways və Etihad uçuş cədvəllərini tənzimləyib, Emirates isə uçuşlarını münaqişə zonasını keçmədən həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti