...

İran Qətərlə və başqa qonşu ölkələrlə yaxşı qonşuluq prinsipinə sadiqdir – XİN

Dünya xəbərləri Materials 24 İyun 2025 13:00 (UTC +04:00)
İran Qətərlə və başqa qonşu ölkələrlə yaxşı qonşuluq prinsipinə sadiqdir – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran həmişə Qətər və başqa qonşu ölkələrlə yaxşı qonşuluq prinsipinə sadiqdir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ-nin 22 iyun 2025 tarixində İranın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi təcavüzünə reaksiyada BMT nizamnaməsinin 51-ci müddəasına əsasən qanuni müdafiə haqqını icra edərək “Əl-Üdeyd” ABŞ hərbi bazasına raket hücumları həyata keçirilib.

Bəqai bildirib ki, bu müdafiə addımı heç bir vəchlə dost və qonşu Qətərə qarşı hesab olunmamalıdır və İran Qətərlə özünün yaxşı və dərin köklərə malik münasibətlərinə sadiqdir.

“İran ABŞ və İsrailin İrana qarşı hücumlarının İranla region ölkələri arasında qarşıdurma yaratmasına icazə verməməyə çalışır”, - deyə o qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

Xəbər lenti

Xəbər lenti