...

İsrail İrana zərbələri davam etdirməməyi qərara alıb

Dünya xəbərləri Materials 24 İyun 2025 16:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail baş naziri Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutmuş telefon danışığından sonra İsrail İrana yeni zərbələr endirməmək qərarına gəlib.

Trend bu barədə İsrail baş nazirinin ofisinə istinadən xəbər verir.

İsrail ordusu atəşkəs rejiminin qüvvəyə minməsindən sonra İran tərəfindən həyata keçirilmiş iki raket hücumuna cavab olaraq Tehranın yaxınlığında yerləşən radiolokasiya stansiyasına (RLS) zərbə endirmişdi. Məlumatı İsrailin baş naziri Benyamin Netanyahunun ofisi də təsdiqləmişdi.

Bəyanatda vurğulanır ki, hücum yalnız həmin hədəflə məhdudlaşıb.

“ABŞ Prezidenti Donald Tramp ilə Baş nazir Netanyahu arasında baş tutan telefon danışığından sonra İsrail əlavə zərbələrdən çəkinib”, – bəyanatda deyilir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti