...

Dövlət xəzinədarlığı tərəfindən bəzi xidmətlərə görə büdcə öhdəliyi götürülməyəcək

İqtisadiyyat Materials 24 İyun 2025 13:28 (UTC +04:00)
Dövlət xəzinədarlığı tərəfindən bəzi xidmətlərə görə büdcə öhdəliyi götürülməyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəzinə əməliyyatlarının sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi məqsədilə dövlət xəzinədarlığı tərəfindən bəzi xidmətlərə görə dövlət öhdəliklərinin götürülməsi prosesi ləğv edilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Büdcə sistemi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək həddini göstərir. İl ərzində faktiki xərclərin məbləği bəzi hallar istisna olmaqla həmin həddən çox ola bilməz.

Həmçinin büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.

Təklif edilən dəyişikliklə büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödəniləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti