...

Dəyişikliklər nəticəsində özəl sektorun təhsil sahəsindəki rolu artacaq – Elçin Mirzəbəyli

Cəmiyyət Materials 24 İyun 2025 12:51 (UTC +04:00)
Dəyişikliklər nəticəsində özəl sektorun təhsil sahəsindəki rolu artacaq – Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində yer alan dəyişikliklərin əsas qayəsi həm də, hazırda de-fakto fəaliyyətdə olan məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin qanunvericilik müstəvisində legitimləşdirilməsindən və bu sahədə özəl sektorun rolunun artırılmasından ibarətdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, təklif olunan dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, məktəbdənkənar təhsil müəssisələri də faktiki təhsil sisteminin bir hissəsinə çevriləcək və həyata keçirilən islahatların təməl istiqamətləri bu sahəyə də hüquqi və digər aspektlərdən təsir göstərəcək:

“Dəyişikliklər nəticəsində özəl sektorun təhsil sahəsindəki rolu artacaq və cəmiyyətə daha çox seçim imkanı verəcək, məktəbəhazırlıq qruplarının və digər təhsil xidmətlərinin təhsil prosesinin təşkilində daha aktiv rol oynamalarına şərait yaradacaq.

Dəyişikliklər eyni zamanda sosial-iqtisadi inkişafla uyğunlaşma və əhatəliliyin artırılmasına da xidmət edir. Dəyişikliklərin qəbul edilməsi icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı kimi yeni yanaşmalarla təhsil sisteminin əhatəliliyini artıracaq. Həmçinin, məktəbəqədər təhsil yalnız dövlət müəssisələri ilə məhdudlaşmayacaq, özəl sektorun və icma əsaslı təlim qruplarının da fəaliyyət göstərməsini təşviq edəcək”.

E.Mirzəbəyli vurğulayıb ki, qanun layihəsi valideynlərə övladlarının təhsili üçün daha çox alternativin təqdim edilməsi, valideyn-dövlət-özəl əməkdaşlığını ön plana çıxmasına, uşaqların inkişafına daha şəffaf və sistemli yanaşılmasına zəmin yaradır.

“Hazırda məktəbəqədər yaşlı uşaqların təhsili məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil məktəblərində və icma əsaslı təlim qruplarında həyata keçirilir. Lakin bəzi özəl uşaq inkişaf mərkəzlərində də bu təhsil praktikasının mövcudluğu bizə göstərir ki, məktəbdənkənar təhsil müəssisələri də bu təhsildə vacib rol oynayırlar. Bu qanun layihəsi ilə məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələri də daxil ediləcək. Beləliklə, təhsilin əhatə dairəsi daha da genişlənəcək və uşaqların inkişafı üçün daha çox imkanlar yaradılacaq. Bu isə məktəbəqədər təhsil sahəsində keyfiyyətin daha da artırılmasına və rəqabət mühitinin inkişafına imkan verəcək”, - deyə deputat qeyd edib.

Xəbər lenti

Xəbər lenti