Bakı. Trend:
Təkcə Bərdə rayonunda, xüsusilə kəndlərdə 32 ilkin tibbi xidmət məntəqəsinin açılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, onlardan ikisi artıq fəaliyyət göstərir:
“Bərdə şəhərində keçirilən pilot layihənin təcrübəsindən yararlanaraq digər rayonlarımızda da bu istiqamətdə işlər görüləcək. İlkin tibbi xidmətin göstərilməsi ilə bağlı həm parlamentdə, həm periodik olaraq plenar iclaslarda millət vəkilləri məsələlər qaldırırlar. Bu sahədə fəaliyyət göstərən qurumlar düzgün yoldadır. Yaxın vaxtlarda bunun müsbət nəticəsini görəcəyik”.