...

SEPAH ötən gecə İsrailə 14 raket atıldığını bəyan edib

Dünya xəbərləri Materials 24 İyun 2025 15:48 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ötən gecə İsrailə qarşı hava hücumunda 14 raketdən istifadə edib.

Trend-in məlumatına görə, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) “Doğru Vəd III” əməliyyatının 21-ci etapı ilə bağlı bəyanat verib.

Bəyanata əsasən, bu etapda İsrailin hərbi mərkəzləri və təchizat bölmələri atəşə tutulub.

SEPAH bildirir ki, İran Silahlı Qüvvələri tam hazır vəziyyətdə, sayıq şəkildə qarşı tərəfin hərəkətlərini izləməkdədir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti