...

"Şimal" futbol klubunun üzvləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2025 13:03 (UTC +04:00)
"Şimal" futbol klubunun üzvləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan 1-ci Liqasına vəsiqə qazanan "Şimal" futbol klubunun üzvləri ilə görüşüb.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Elnur Rzayev klub rəhbərliyi, məşqçi və futbolçuları 2-ci Liqada bürünc medal qazanaraq 1-ci liqaya yüksəlməsi münasibətilə təbrik edib, uğurların davamlı olmasını arzulayıb.

"Şimal" futbol klubunun üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Görüşdə klubun gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. "Şimal" futbol klubunun Azərbaycan 1-ci Liqasında Xaçmaz rayonunu layiqincə təmsil edəcəyinə əminlik ifadə olunub.

Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev "Şimal" futbol klubunun üzvlərini Fəxri Fərmanla mükafatlandırıb. Klub rəhbərliyi də öz növbəsində icra başçısına "Şimal" futbol klubunun üzərində Elnur Rzayevin adı və soyadı yazılmış 27 nömrəli formasını, həmçinin 2-ci Liqanın bürünc medalını xatirə hədiyyəsi kimi təqdim edib.

Xəbər lenti

Xəbər lenti