Bakı. Trend:
İspaniyanın "Real Madrid" komandasının hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının qrup mərhələsində Avstriya "Zaltsburq"u ilə keçiriləcək oyunu da buraxa bilər.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, 26 yaşlı futbolçu hələ də kəskin qastroenteritdən əziyyət çəkir. Mbappe bu səbəbdən daha öncə Səudiyyə Ərəbistanının "Əl-Hilal" (1:1) və Meksikanın "Paçuka" (3:1) kollektivləri ilə keçirilmiş ilk iki matçda iştirak etməyib.
“Kral klubu" “Zaltsburq”la iyunun 28-də qarşılaşacaq.