Bakı. Trend:
Madridin “Real” klubunun forvardı Kilian Mbappe dəbdəbəli “Dior” moda evinin yeni səfirinə çevrilib.
Trend xəbər verir ki, bu barədə brendin kreativ-direktoru Conatan Anderson öz "Instagram" səhifəsində yazıb.
26 yaşlı futbolçu artıq tanınmış markanın yeni reklam kampaniyasına da çəkilib.
“Kilian – nəsilin səsidir, idman aləmində və onun hüdudlarından kənarda çox sayda insan üçün ilham mənbəyidir. Cazibəsi, xarizması onu "Dior" evinin ideal səfirinə çevirir”, - deyə moda evinin bəyanatında deyilir.
Qeyd edək ki, Mbappe 2024/2025 mövsümündə “Real” Madridin ən yaxşı futbolçusu olub. Ötən mövsüm fransız hücumçu Madridin forması ilə 56 matçda meydana çıxıb, 43 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.