...

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İES-ə atılan raketin düşdüyü əraziyə baxıb (FOTO)

Siyasət Materials 24 İyun 2025 16:12 (UTC +04:00)
Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İES-ə  atılan raketin düşdüyü əraziyə baxıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.

Trend xəbər verir ki, daha sonra Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxdılar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.

Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti