...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 12 Dekabr 2025 15:37 (UTC +04:00)
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 22 il ötür. Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edir, xatirəsini dərin ehtiramla anıblar.

Trend xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - qazilər, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları və başqaları var.

Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri düzür, işıqlı xatirəsi önündə baş əyiblər.

FOTO: Arif Quluzadə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti