Bakı. Trend:
İraqın keçmiş prezidenti Bərham Saleh BMT-nin növbəti Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəhbəri ola bilər
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sənədə görə, BMT-nin baş katibi Antonio Quterreş Salehin Ali Komissar vəzifəsinə gətirilməsini təklifini dekabrın sonlarına qədər rəsmi qaydada irəli sürəcək. Hazırkı UNHCR rəhbəri Filippo Qrandinin mandatı məhz 2025-ci ilin sonunda başa çatır.
Sənədə əsasən Quterreş Salehin BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsinə beşillik müddətə – 1 yanvar 2026-cı ildən 31 dekabr 2030-cu ilədək gətirilməsini istəyir.
BMT mətbuatda yayılan bu xəbəri və təklif olunan təyinatı hələ ki, rəsmi təsdiqləməyib.
“Hazırda demək istədiyim yalnız odur ki, proses davam edir və başa çatdıqdan sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmi açıqlama veriləcək”, – deyə təşkilatın Cenevrədəki beynəlxalq informasiya xidmətlərinin direktoru Alessandra Velluçi keçirdiyi brifinqdə bildirib.
