...

Peşə təhsili müəssisələrinə direktor vəzifəsinə qəbul müsabiqəsinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 12 Dekabr 2025 15:32 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə təşkil edilmiş peşə təhsili müəssisələrinə direktor və direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Trend xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunub. Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçib, 917 namizəddən tələblərə uyğun olan 561 nəfər 15 mart tarixində Bakı şəhərində keçirilən test imtahanında iştirak edib, onlardan 192 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldə edib. Müsahibədə uğur qazanan 21 nəfər namizədin müvafiq peşə təhsili müəssisələrində direktor və direktor müavini vəzifəsinə təyinatı həyata keçirilib.

Müsahibənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası təşkil edilib. Namizədlər müsabiqənin yekun nəticələrindən narazı qaldıqları halda iradlarını ətraflı şəkildə əsaslandırmaqla apellyasiya şikayəti təqdim edə bilərlər. Müraciətlər elektron qaydada https://www.portal.edu.az/ elektron müraciət portalı vasitəsilə və ya ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN-i və əlaqə nömrəsi qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərilməklə qəbul edilir. Apellyasiya müraciətlərinin qəbulu 28 dekabr saat 18:00-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti