Bakı. Trend:
Haaqada keçirilən NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşüb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş zamanı Türkiyə-ABŞ münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan ABŞ Prezidentinin səyləri nəticəsində İsrail və İran arasında əldə olunan atəşkəsi alqışlayıb və onun daimi olmasını arzulayıb. O, Qəzzada baş verən humanitar fəlakətin tezliklə sona çatması və Rusiya ilə Ukrayna arasında müharibənin sülh yolu ilə həll olunması üçün dialoqun vacibliyini vurğulayıb.