Bakı. Trend:
Milli Məclisə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında ənizçilərin sahəsində sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi daxil olub.
Trend xəbər verir ki, qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ötən gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Komitənin iclasında “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb və Milli Məclisin plenar iclasına tövsiyə edilib.