Bakı. Trend:
Layihələrdə iştirak payı ilə bağlı xərclər əsaslı xərclərdə əks etdiriləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Büdcə sistemi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, əsaslı xərclər, o cümlədən, əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması dövlət büdcəsinin xərclərinə daxildir.
Təklif edilən dəyişikliklə layihələrdə iştirak payı da bu siyahıya əlavə edilir.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.