...

İtaliya-Azərbaycan Universiteti tərəfdaşlığımızın yeni mərhələsinin simvoluna çevriləcək – Səfir

Cəmiyyət Materials 24 İyun 2025 21:12 (UTC +04:00)
İtaliya-Azərbaycan Universiteti tərəfdaşlığımızın yeni mərhələsinin simvoluna çevriləcək – Səfir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya-Azərbaycan Universiteti tərəfdaşlığımızın yeni mərhələsinin simvolu olacaq.

Trend-in məlumatına görə, bunu İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Gianfrançesko İtaliya Respublikasının yaranmasının 79-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

Səfir çıxışında qeyd edib ki, təhsil sahəsində fəal əməkdaşlıq İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Bu sahədə xüsusi yer tutan layihə Bakıda yaradılan və İtaliyanın beş aparıcı universitetinin iştirakı ilə həyata keçirilən İtaliya-Azərbaycan Universitetidir.

Onun sözlərinə görə, bu universitet bilik mübadiləsi, biznes imkanlarının inkişafı və iki ölkənin tələbələri arasında əlaqələrin gücləndirilməsi üçün bir platforma olacaq.

“İtaliya-Azərbaycan Universiteti təhsil və gənclik vasitəsilə ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində getdikcə daha mühüm rol oynayacaq”, – deyə Luka Di Gianfrançesko vurğulayıb.

Xəbər lenti

Xəbər lenti