...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Dünya xəbərləri Materials 24 İyun 2025 21:00 (UTC +04:00)
BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT nümayəndəsi bəyan edib.

BMT-nin Cenevrədəki İnformasiya Xidmətinin direktoru Alessandra Velluççinin dediyinə görə, BMT proqram üçün həlledici əhəmiyyət kəsb etməyən beynəlxalq əməkdaşların, eləcə də onların ailə üzvlərinin bir qismini müvəqqəti köçürmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti