Bakı. Trend:
Son 3 ildə 8000-dən çox müəllimin əmək müqaviləsinə xitam verilib .
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
"Düşünürəm ki, bunun yarısı qədər də müəllimlə yollarımızı ayıracağıq. Təsviri incəsənətlə bağlı hələ ki, nəticələr məlum deyil deyə dəqiq bir söz deyə bilmirəm",- deyə o əlavə edib.
Nazir qeyd edib ki, yeganə dəyişmə yolu adambaşına maliyələşmə formasına keçiddir.